21 May 2024
Avtomobillər üçün YENİ GÖMRÜK RÜSUMLARI - QİYMƏTLƏR

Avtomobillər üçün YENİ GÖMRÜK RÜSUMLARI - QİYMƏTLƏR

01 Noyabr 2021
Baxış: 666

Minik avtomobilinin mühərrikinin həcminə görə dövlət rüsumları müəyyənləşib.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat;

3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat;

4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.