19 May 2024
Avtomobili ilə su kanalına düşən şəxsin meyiti TAPILDI

Avtomobili ilə su kanalına düşən şəxsin meyiti TAPILDI

17 Yanvar 2022
Baxış: 362

Yanvarın 8-də Xızı rayonunun Sitalçay kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil ilə birlikdə Taxtakörpü-Ceyranbatan su kanalına düşən 1975-ci il təvəllüdlü İbrahimov Hekayət Səfər oğlunun axtarışları başa çatıb.

AJMEDİA.İNFO xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən H.İbrahimovun meyiti su kanalındakı mürəkkəb hidrotexniki qurğunun (düker) içərisində aşkarlanaraq çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.