20 May 2024
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Bu maşınlar BAHALAŞACAQ + VİDEO

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Bu maşınlar BAHALAŞACAQ + VİDEO

01 Aprel 2024
Baxış: 310

Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilsə də, artıq bu rəngdə olan avtomobillərə tələbat artıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə nəqliyyat eksperti Aslan Əsədov "Xəzər Xəbər"ə danışıb.

O bildirib ki, sözügedən avtobillərin qiymətində də artım qaçılmaz olacaq. Hətta indiki bazarda bu qiymət artımı özünü müəyyən qədər göstərir.

Yeni qərardan sonra ölkəyə gətirilən avtomobillər arasında da mühərrik həcmi kiçik olan qırmızı rəngli avtomobillərin də sifariş sayında artım müşahidə olunur.

Avtomobil daşınmaları üzrə mütəxəssis Hüseyn Məmmədli onu da əlavə edib ki, qırmızı rəngi avtomobil sifarişləri ümumi satışın 5-7 faizini təşkil edirdisə, indi 15-17 faizini təşkil edir.