20 May 2024
Avtobus qəzası zamanı 10 nəfər ölüb, 11 sərnişin yaralanıb

Avtobus qəzası zamanı 10 nəfər ölüb, 11 sərnişin yaralanıb

12 İyun 2023
Baxış: 554

Avstraliyanın şərqində avtobus qəzası nəticəsində 10 nəfər ölüb, daha 11 nəfər ağır yaralanıb.

Bu barədə Yeni Cənubi Uels ştatının polisi məlumat yayıb.

Məlumata görə, qəza bazar ertəsi gecə, Sidneyə gedən yolda, Qreta şəhərinin çıxışında (Sidneydən 170 km şimalda yerləşir) baş verib. "Yeni Cənubi Uels polisi 10 nəfərin öldüyü, 11 nəfərin xəstəxanaya yerləşdirildiyi qəzanı araşdırır", - polis idarəsindən bildiriblər.

Polis hələlik qəzanın səbəbləri ilə bağlı heç bir məlumat verməyib, sadəcə qeyd edib ki, hadisə nəticəsində avtobus çevrilərək yol kənarına aşıb. Xilasetmə xidmətinin altı helikopteri yaralı sərnişinləri təxliyə etmək üçün Sidneydən gəlib, yaralıları metropolisdəki xəstəxanalara çatdırıb.

Yaxınlıqdakı şərab zavodlarından birində keçirilən tədbirdən qayıdan avtobusda ümumilikdə 39 sərnişin olub. Onlardan 18 nəfərinə yerindəcə tibbi yardım göstərilib və özləri evlərinə gediblər. 58 yaşlı sürücü də müayinə olunmaq üçün xəstəxanaya aparılıb, bundan sonra müstəntiqlər təhqiqata başlayacaq.

Teqlər: