17 May 2024
Avropa Parlamentinin komitəsi Türkiyəni erməni soyqırımını tanımağa çağırıb

Avropa Parlamentinin komitəsi Türkiyəni erməni soyqırımını tanımağa çağırıb

19 İyul 2023
Baxış: 497

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi türk və erməni xalqları arasında real barışığa zəmin yaratmaq üçün Türkiyəni Erməni Soyqırımını tanımağa çağırıb.

Avropa İttifaqındakı nümayəndəliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Komitə Ankaranı erməni mədəni irsinin qorunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyə çağırıb.

Komitə Ermənistan və Türkiyə arasında münasibətlərin barışıq, regional sabitlik və təhlükəsizlik maraqlarına əsaslanaraq normallaşdırılmasını dəstəkləyib. Komitə həmçinin Xüsusi Nümayəndələrin iki ölkə arasında hava məkanının və sərhədlərinin açılması kimi razılaşmalarının tezliklə həyata keçirilməsinə çağırıb və əldə olunan irəliləyişi alqışlayıb.