21 May 2024
“Ata oğlunu qurban kəsdi” - Dəhşətli hadisə - VİDEO

“Ata oğlunu qurban kəsdi” - Dəhşətli hadisə - VİDEO

02 Avqust 2023
Baxış: 658

Türkiyənin Zonguldakı Çaycuma rayonunda ata oğlunun boğazını kəsib.

Türkiyənin Çaycuma Dövlət Xəstəxanasının təcili yardım şöbəsində çalışan tibb işçisi Yusuf oğlunu kəndin meşəsinə apararaq, bıçaqla boğaz nahiyəsinə ağır xəsarət yetirib.

Sonra isə polisə gedərək əməlini etiraf edib.

Nəzarətə alınan 42 yaşlı kişi deyib ki, yuxusunda ondan uşağını Allah yolunda qurban kəsməsi tələb edilib. Ona görə də bu cinayəti törədib:

"Ayıldım. Oğlumu maşına mindirdim. Onu Allah yolunda qurban verəcəyimi söylədim. Oğlum qəbul etdi. Meşəyə girdik qəssabdan aldığım bıçağı çıxardım. Oğlumu qabağıma qoyaraq kəsməyə başladım”.

Hazırda 16 yaşlı gənc oğlan reanimasiyada müalicə alır. Oğlunu bıçaqla xəsarət yetirən şəxs isə həbs olunub. (Bizim.Media)