16 May 2024
Ata Abdullayevin məhkəməsi başlayır

Ata Abdullayevin məhkəməsi başlayır

27 Sentyabr 2021
Baxış: 446

Bloqer Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AJMEDİA.İNFO -nın xəbərinə görə, istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahmar Şahlar oğlu zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib.

Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.