20 May 2024
Astrologiyanın ən toksik bürcləri: Onlar sizi HƏR ZAMAN İNCİDƏCƏKLƏR

Astrologiyanın ən toksik bürcləri: Onlar sizi HƏR ZAMAN İNCİDƏCƏKLƏR

02 İyun 2023
Baxış: 380

Bəzi insanlar çox eqoist olur, onları özlərindən başqa heç nə maraqlandırmır. Buna görə də xüsusilə münasibətlərində partnyorlarını incidirlər, qısqanc olurlar.

AJMEDİA.İNFO bu dəfə toksik bürclərlə bağlı məlumatı təqdim edir.

Qoç bürcü - İnadkarlıqları və qətiyyətləri ilə tanınırlar. Rəqabəti sevirlər, lakin bu, bəzən başqalarına qarşı empatiya sərgiləyə bilməməsi ilə nəticələnir. Bu bürcün nümayəndələri hətta insanların sərhədlərini keçə, onların hisslərini görməzliyə vura bilərlər.

Əkizlər bürcü - Şəxsiyyətləri ilə insanların ağlını qarışdırmaqdan həzz alırlar. Bəzən onlar qeyri-sabit davranış nümayiş etdirirlər və qəsdən dedi-qodu və ya manipulyasiya edirlər. Bu xüsusiyyətləri isə başqalarına emosional olaraq zərər verə bilər.

Şir bürcü - Doğulandan liderdirlər, lakin həddindən artıq eqoist ola bilir və özləri ilə fəxr edirlər. Bəzən təkəbbür göstərirlər və daimi diqqətə, heyranlığa ehtiyac duyurlar. Bunu qarşı tərəfdən ala bilmədikdə isə partnyorlarını əhəmiyyətsiz hiss etdirəcək və ehtiyaclarını daha üstün tutacaqlar.

Əqrəb bürcü - Emosiyaları qeyri-sabit olduqda, sahiblik, qısqanclıq və başqalarını manipulyasiya etmək meylinə sahib olurlar. Bu xüsusiyyətləri şüurlu şəkildə idarə etməyi öyrənməsələr, ətrafdakı insanlar üçün son dərəcə toksik ola bilərlər.

Oğlaq bürcü - Çox qərarlı və iddialıdırlar. Lakin onların uğur arzusu bəzən işgüzarlığa, sonda şəxsi münasibətlərə məhəl qoymamağa gətirib çıxara bilər. Onlar hətta nəzarətçi və ya tələbkar ola bilərlər. Əgər hər şey yolunda getməsə, hətta emosional şiddət belə tətbiq edərlər.

Tərəzi bürcü – Bu bürcün nümayəndələri özlərinə heyrandırlar və davamlı olaraq qarşı tərəfdən nələrsə gözləyirlər. Özləri sevgi istəsələr də, partnyorlarına sevgi göstərmirlər.Bu da münasibətin toksikliyinə və qarşı tərəfin incinməsinə səbəb olur. Onların flört etməyə meyilliliyi toksik davranışlarla nəticələnir. Zaman-zaman eqoist ola bilirlər.

Buğa, Xərçəng, Qız, Oxatan, Dolça və Balıqlar isə düşüncəli, dəstəkləyən tərəflərdir. Onlar heç vaxt partnyorlarının özünü pis hiss etməsinə imkan vermirlər. (Sfera.az)