18 May 2024
“Aşk-ı Memnu”nun məşhur aktyoru VƏFAT ETDİ - FOTO

“Aşk-ı Memnu”nun məşhur aktyoru VƏFAT ETDİ - FOTO

20 Aprel 2023
Baxış: 287

“Aşk-ı Memnu” serialının aktyoru Rana Cabbar 78 yaşında dünyasını dəyişib.

AJMEDİA.İNFO bildirir ki, “Süleyman Əfəndi” obrazı ilə Türkiyədə məşhurlaşan aktyorla bağlı məlumatı “Sökmen” şirkəti açıqlayıb.

Məlumatda “Dəyərli aktyorumuz Rana Cabbarı itirdiyimiz üçün çox kədərlənirik. Allah rəhmət eləsin, yaxınlarına və bütün sevənlərinə başsağlığı veririk” - deyə qeyd olunub.

Xatırladaq ki, ötən həftə aktyor Metin Yıldız Rana Cabbarın səhhəti ilə bağlı məlumat vermişdi. “Böyük aktyor Rana Cabbar xəstədir, reanimasiyaya yerləşdirilib. Həkimi ilə danışdım, səhhəti pis deyil. Diqqətə, sevgiyə ehtiyacı var”, - Yıldız bildirmişdi.(Sfera.az)