19 May 2024
Arvadını və sevgilisini eyni evdə saxlayan, narkotik istifadəçisi olan XALQ ARTİSTİ - VİDEO

Arvadını və sevgilisini eyni evdə saxlayan, narkotik istifadəçisi olan XALQ ARTİSTİ - VİDEO

20 Dekabr 2023
Baxış: 377

Sənədlərdə Rafiq Hüseynov, bizim dildə Rəmiş...

AJMEDİA.İNFO xəbər verir ki, 1944-cü il noyabrın 14-də Ağdamın Gülablı kəndində doğulub. 6 yaşında olanda Ağdamda babası Yunis kişi onu əzizləyərək Rəmiş deyə çağırarmış. Elə o vaxtdan el arasında hamı onu Rəmiş kimi tanıdı. Əvvəlcə tütək çalmağa başlayır. Sonralar atası Hüseyn kişi oğlunun musiqiyə həvəsini görüb onu Ağdamdakı 1 saylı musiqi məktəbinin tar sinfinə qoyur.

Rəmiş Məmməd Araza yerlisi, tanınmış yazlıçı-jurnalist Aqil Abbası nəzərdə tutaraq zarafatyana Aqilin qaynatası deyirmiş. Konkret səbəbi bilinməsə də, uzun illər Xalq artisti Qədir Rüstəmovla küsülü olub. Mətbuatda bir-biri haqqında tənqidi fikirlər də səsləndirblər.

Gur saç saxlayan, dar cins geyinən, üzərinə qeyri-adi aksesuarlar taxan Rəmiş o vaxt azərbaycanlıdan çox xarici rokerlərə bənzəyirdi. Üstəlik, meymun da saxlayır, çiyninə alıb özü ilə gəzdirirdi. Uzun zaman bu qeyri-adiliklərinə görə onu dövlət televiziyasına buraxmayıblar. Hətta bir dəfə şərt də qoyulub: saçını qırxdırmalısan! Təbii ki, Rəmiş bu təklifi qəbul etməyib. Bir çox çəkilişlərdə o elə həmin görünüşdə düşüb. Çünki Rəmişi əvəz edən ifaçı yox idi.

Uzun illər narkotika istifadəçisi olan Rəmiş bunu heç kimdən gizlətmirdi. Ancaq mətbuat bu haqda yazmağa və deməyə ürək eləmirdi. Bir gün Rəmişi Bakıda yəhudi toyuna dəvət edirlər. Toyda Azərbaycan mahnı və muğamlarını ifa edən Rəmiş yəhudilərin onun ifasına qulaq asmadığını görüb, qəfil İsrailin dövlət himninin çalır. Bütün zal əlini sinəsinin üstünə qoyub ayağa qalxır.

3 dəfə ailə quran Rəmişin ilk evliliyindən iki qızı, ikinci evliliyində bir oğlu dünyaya gəlib. İkinci dəfə evləndiyi Arzu adlı xanımla rəsmi nikahı olmayıb. 1979-cu ildə şöhrətin zirvəsinə doğru qalxan Rəmiş Arzu xanımı qaçırıb. Bir il sonra cütlüyün Hüseyn adlı oğlu dünyaya gəlib. Rəmiş oğluna atasının adını versə də sonralar qəbul etməyib. Hüseyn atasını dəfələrlə axtarıb, görüşməyə cəhd edib, amma alınmayıb. 1997-ci ildə Moskvadan gələndə atasına baş çəkən Hüseyn onun xəstə olduğunu görüb boynundakı iri qızıl boyunbağını ona bağışlayıb.

Moskvada bir neçə dəfə həbs olunan, sonuncu həbsi zamanı həbsxanada müəmmalı şəkildə ölən Hüseyn haqqında sual veriləndə Rəmiş həmişə “Mənim o adda oğlum yoxdur” deyib.

Hüseyn atası ilə sonuncu dəfə görüşəndən sonra anasına vəsiyyət edib ki, öləndə onun Rəmişin adını qəbrimin üstünə yazmayın! Anası oğlunun vəsiyyətinə əməl edərək Rəmişin adını oğlunun məzarı üstünə yazdırmayıb. Rəmişin ilk evliliyindən dünyaya gələn iki qızı ilə də heç bir əlaqəsi olmayıb.

Üçüncü həyat yoldaşı Gülü onun fanatı olub. Deyilənlərə görə Rəmişin toyu olanda darvazadan baxıb ağlayırmış. Bu qadın Rəmişin ömrünün sonuna qədər birgə həyatı paylaşdığı sonuncu qadın olur. Rəmiş Gülü ilə ATV telekanalında elədiyi toyla yadda qalıb. Ailəli ola-ola baqşa bir xanımla görüşən Rəmiş həyat yoldaşı Gülüyə o xanımı evə gətirəcəyini deyib. Gülü də razılaşıb. 4 ay sevgilisi ilə həyat yoldaşı bir yerdə yaşayıb.

Rəmişi xilas edən təslimiyyətdir, içindəki musiqiyə təslim olmağı, İstedadına hökm etmir, musiqi nəyi istəsə, özünü ona təslim edir...

Daha ətraflı video-materialda: