05 May 2024
Argentina və İngiltərə finala çıxacaq, BU ÖLKƏ QALİB OLACAQ – Tanınmış analitikdən PROQNOZ

Argentina və İngiltərə finala çıxacaq, BU ÖLKƏ QALİB OLACAQ – Tanınmış analitikdən PROQNOZ

10 Dekabr 2022
Baxış: 432

Futbol üzrə dünya çempionatı sona yaxınlaşmaq üzrədir. Bundan öncəki 2 çempionatın qalibinin adını düz tapan tanınmış iqtisadçı, analitik Yoahim Klement bu çempionatla da bağlı proqnozunu açıqlayıb.

AJMEDİA.İNFO “Bloomberg”ə istinadən xəbər verir ki, Klement hazırladığı iqtisadi model əsasında İngiltərənin və Argentinanın finala çıxacağını, finalda Argentinanın qalib gələcəyini proqnozlaşdırır.

Xatırladaq ki, Klement daha öncə 2014 və 2018-ci illərdəki modelləri ilə qalibin adını düz tapmışdı. İqtisadçı bu ilin sentyabrında dünya çempionatı ilə bağlı proqnozunu açıqlayıb.


O, yeni açıqlama verərək sentyabrdakı proqnozunu təkrarlayıb. İqtisadçı Argentinanın kuboku qazanacağını bildirib.

Qeyd edək ki, Klement futbol proqnozunda 4-dən çox faktora əsaslanan modelləşdirmədən istifadə edir. Bu amillər iqlim, əhali, adambaşına düşən gəlir və mədəniyyətlə bağlı göstəricilərdən ibarətdir. Klementin fikrincə, futbolda ən yaxşı çıxış edən mülayim iqlimi, çoxlu əhalisi, adambaşına düşən gəliri yüksək olan və ilboyu futbola uyğun gələn ölkələrdir. Klement Hindistan, Çin və Hollandiyanın bu modelə uyğun gəlmədiyini də bildirir.(sfera.az)