19 May 2024
Argentina prezidenti səfirliyin Yerusəlimə köçürülməsini istəyir

Argentina prezidenti səfirliyin Yerusəlimə köçürülməsini istəyir

07 Fevral 2024
Baxış: 443

İsrailin xarici işlər naziri İsrael Katz Argentina Prezidenti Xavyer Mileyə ölkənin yəhudi dövlətindəki diplomatik missiyasının Yerusəlimə köçürülməsini elan etdiyinə görə təşəkkür edib.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə Katz sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Argentina prezidenti hazırkı vəzifəyə seçildikdən sonra regiona ilk səfəri üçün İsrailə gedib. Bildirilir ki, görüşlərdən sonra Miley dərhal ölkəsinin səfirliyini Təl-Əvivdən Yerusəlimə köçürmək qərarını açıqlayıb.
Xatırladaq ki, Yerusəlimin statusu Fələstin-İsrail nizamlanmasının əsas problemlərindən biridir. İsraillilər 1967-ci il müharibəsi zamanı şəhərin şərq hissəsini işğal ediblər və Yerusəlimin ölkələrinin vahid və bölünməz paytaxtı olduğunu təkid edirlər. BMT Təhlükəsizlik Şurası 20 avqust 1980-ci il tarixli 478 saylı qətnamə ilə İsrailin Şərqi Yerusəlim hüququnu rədd edib və dünya təşkilatının üzvlərini şəhərdən diplomatik nümayəndəliklərini geri çəkməyə çağırıb. 2018-ci ildə ABŞ-nin o zamankı prezidenti olan Donald Trampın qərarı ilə Amerikanın İsraildəki səfirliyi Tel-Əvivdən Yerusəlimə köçürülüb.