20 May 2024
Arayik Harutyunyan bu naddələrlə İTTİHAM OLUNUR - Cəzası nə olacaq?

Arayik Harutyunyan bu naddələrlə İTTİHAM OLUNUR - Cəzası nə olacaq?

05 Oktyabr 2023
Baxış: 474

Azərbaycanın Qarabağ ərazisində erməni seperatçılarının qurduğu qondarma rejimin keçmiş "rəhbəri" Arayik Harutyunyana Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham elan edilməsi məlum olub.

AJMEDİA.İNFO xəbər verir ki, oktyabrın 3-də Xankəndidə tutulan Arayik Harutyunyana Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

Hüquqşünaslar bildirir ki, bu maddələr əsasında təqsirləndirilən şəxs 20 ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilər.

Hazırda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.