15 May 2024
AQTA-nın əməkdaşları AĞIR QƏZAYA DÜŞDÜLƏR - Ölən və yaralananlar var + FOTOLAR

AQTA-nın əməkdaşları AĞIR QƏZAYA DÜŞDÜLƏR - Ölən və yaralananlar var + FOTOLAR

07 Sentyabr 2023
Baxış: 568

Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı “VAZ-2106” markalı avtomobillə “Opel” markalı minik maşını toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişin, Ağdam rayon sakini 24 yaşlı Kənan Novruzov hadisə yerində həyatını itirib.


Qəza zamanı Bərdə rayon sakinləri – 26 yaşlı Nurlan Şirinov və 59 yaşlı Qabil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

AJMEDİA.İNFO xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı həyatını itirən və xəsarət alan şəxslər Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin əməkdaşlarıdır. Onların Tərtərdən monitorinqdən qayıdarkən qəzaya düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.