19 May 2024
Anatoliy Rafailov: “Mövcud ictimai-siyasi sabitlik demokratik seçkilərin keçirilməsini şərtləndirən amillərdəndir”

Anatoliy Rafailov: “Mövcud ictimai-siyasi sabitlik demokratik seçkilərin keçirilməsini şərtləndirən amillərdəndir”

31 Yanvar 2024
Baxış: 416

“Azərbaycan bütün azadlıqların təmin edildiyi gənc, müasir, demokratik ölkədir. İnkişafın milli modelini yaratmış Azərbaycanda azad, şəffaf seçki mədəniyyətinin formalaşdırılmasına ciddi önəm verilir. Demokratik seçkilər Azərbaycanda siyasi sistemin başlıca göstəricilərindən biridir. Respublikamızın bu sahədə təcrübəsi mütərəqqi nümunəyə çevrilib”.

AJMEDIA.INFO xəbər verir ki, bu fikirləri secki-2024.az saytına açıqlamasında Milli Məclisin deputatı Anatoliy Rafailov deyib.

Deputat bildirib ki, fevralın 7-də keçiriləcək prezident seçkilərinin bütün mərhələlərində şəffaflığın və bərabər imkanların təmin olunması deyilənlərin bariz nümunəsidir:

“Seçki prosesində bütün namizədlərin seçkiqabağı təşviqat kampaniyasını sərbəst və aktiv şəkildə həyata keçirməsi üçün hər bir şərait yaradılıb. Seçkiöncəsi mühiti müşahidə edən müxtəlif beynəlxalq və yerli təşkilatlar aralıq hesabatlarında seçki mühitinin normal inkişaf tempini, qanunlara əsaslandığını xüsusi olaraq vurğulayırlar. Eyni zamanda, ölkəmizdə mükəmməl, müasir tələblərə və beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyinin mövcud olması beynəlxalq ekspertlər tərəfindən də etiraf edilir. Müvafiq seçki qurumlarının yüksək səviyyədə hazırlıq işlərini həyata keçirməsi, seçki komissiyalarının fəaliyyətinin müasir normalara uyğun qurulması, seçki prosesində yeni texnoloji imkanlardan istifadəyə geniş yer ayrılması təqdirəlayiqdir”.

A.Rafailov bildirib ki, mövcud ictimai-siyasi sabitlik demokratik seçkilərin keçirilməsini, seçicilərin öz iradə və rəylərini ifadə etmələrini şərtləndirən mühüm strateji amillərdəndir.

“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası seçkilərlə bağlı xüsusi bir ovqat yaradır. Hər bir vətəndaş bu seçkilərin ölkəmizin inkişafında yeni mərhələ formalaşdıracağına inamını ifadə edir”, - deputat əlavə edib.