20 May 2024
"Anam dedi ki, avaraya ərə gedəcəksən" - Xalq artistinin xanımı

"Anam dedi ki, avaraya ərə gedəcəksən" - Xalq artistinin xanımı

02 İyun 2023
Baxış: 374

Xalq artisti Miri Yusifin xanımı Nərgiz Mirbalayeva sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

AJMEDİA.İNFO lent.az-a istinadən xəbər verir ki, o, Miri Yusiflə tanışlıqdan öncə anasının onu avara adlandırdığını bildirib:

"Biz hələ Miri Yusiflə tanış deyildik. Onun bir albomu çıxmışdı və orda oxuduğu "Avara" mahnısı çox xoşuma gəlirdi. Bütün gün evdə o mahnını oxuya-oxuya gəzirdim. Anam da əsəbiləşib deyirdi ki, nə avara-avara salmısan? Axırda özün kimi bir avaranı tapıb ərə gedəcəksən. 1 il sonra biz Miri Yusiflə tanış olduq, 2 ay sonra da evləndik".

"Onunla ilk dəfə Röyanın konsertində rastlaşdım. Ertəsi gün qardaşım məni özü ilə bir dostugilə qonaq apardı. Həmin dostun Miri Yusif olacağı ağlıma gəlməzdi" , - deyə Nərgiz xanım qeyd edib.

Miri Yusif və Nərgiz Mirbabayeva cütlüyünün üç övladı var.

Qeyd edək ki, Nərgiz Xalq artisti Fidan Qasımovanın ögey qızıdır. Nərgiz Fidan xanımın oğlu Fəridlə ata bir, ana ayrı bacı-qardaşdırlar.