17 May 2024
Ana özünü bıçağın qarşısına verdi... - Dəhşətli hadisənin TƏFƏRRÜATI

Ana özünü bıçağın qarşısına verdi... - Dəhşətli hadisənin TƏFƏRRÜATI

21 Avqust 2023
Baxış: 379

Şabran rayonunun Mollakamallı kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.

AJMEDİA.İNFO xəbər verir ki, kənd sakinləri 1967-ci il təvəllüdlü Səadət Kərimova və qızı 1992-ci il təvəllüdlü Sədaqət Kərimova bıçaqlanıb.

Sədaqət Kərimova bıçaqla özünə qəsd etmək istəyib. Hadisə zamanı ona müdaxilə etmək istəyən anası, Səadət Kərimova və qızı bıçaq yaraları alıb.


Hər iki şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri qənaətbəxşdir.

Lent.az-ın yerli sakinlərdən aldığı məlumata görə, Sədaqət Kərimova ailəsindən boşanıb və psixoloji problemləri var.