17 May 2024
Almatıda hərbçilərlə silahlı şəxslər arasında ATIŞMA BAŞLADI - Qazaxıstanda SON DURUM

Almatıda hərbçilərlə silahlı şəxslər arasında ATIŞMA BAŞLADI - Qazaxıstanda SON DURUM

06 Yanvar 2022
Baxış: 774

Almatı şəhəri meriyasının qarşısındakı Respublika meydanında hərbçilərlə silahlı şəxslər arasında atışma başlayıb.

AJMEDİA.İNFO bu barədə TASS-a istinadən məlumat verir.

“Meydana hərbçilər gəldi, iğtişaşçıların “təmizlənilməsi” əməliyyatı başladı. İntensiv atışma gedir”, – TASS-ın əməkdaşı bildirib.

Öz növbəsində “Sputnik.kz” da teleqram kanalında şəhərdə atışmanın getdiyi xəbər verib. “Meydanda atışma gedir”, – agentlik bildirib.

Qeyd edilir ki, meydana 50-yə yaxın hərbi texnika, o cümlədən BTR, hərbçilərlə dolu yük avtomobilləri cəlb olunub və meydan mühasirəyə alınıb.

“Meydanın mərkəzində iğtişaşların 200-ə yaxın təhrikçisi toplaşıb, bəzilərində odlu silah var”, – xəbərdə qeyd olunur.

Müxbirin sözlərinə görə, 10-a yaxın atəş açılıb. “Lakin atəş açan təhlükəsizlik qüvvələri deyil”, – agentliyin əməkdaşı əlavə edib.

Xatırladaq ki, qiymət atımından sonra Qazaxıstanda etirazlar başlayıb. Bütün Qazaxıstan ərazisində fövqəladə vəziyyət elan edilib. Hökumət istefa verib. Nursultan Nazarbayev Təhlükəsizlik şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.

Teqlər: Almatı