16 May 2024
Almaniya NATO-nun şərq cinahını gücləndirməyə yardım edəcək

Almaniya NATO-nun şərq cinahını gücləndirməyə yardım edəcək

24 May 2023
Baxış: 426

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Rumıniyada rəsmi səfərdədir və Buxarestdə rumıniyalı həmkarı Klaus İohannis ilə görüşüb.

Bu barədə Almaniyanın “Westfälische Nachrichten” qəzeti yazıb.

Nəşrin məlumatına görə, prezidentlərin görüşü zamanı Ştaynmayer Ukraynada münaqişənin davam etməsi fonunda Berlinin NATO-nun şərq cinahının gücləndirilməsinə kömək etməyə hazır olduğunu qeyd edib.

“Biz o cümlədən onu da bilirik ki, şərq cinahı gücləndirilməlidir, özü də bilavasitə hərbi iştirakla gücləndirilməlidir”, - o deyib.

Almaniya Prezidenti qeyd edib ki, onlar artıq Şimali Atlantika alyansının şərq sərhədinin monitorinqində iştirak edir. Frank-Valter Ştaynmayer həmçinin əlavə edib ki, Berlin blokun sərhədlərinin müdafiəsində məsuliyyətdən yayınmaq fikrində deyil.

Teqlər: