17 May 2024
Allahşükür Paşazadə şəhid Orxan Əsgərovun dəfninə niyə qatılmadı? – QMİ susur, əsl səbəb...

Allahşükür Paşazadə şəhid Orxan Əsgərovun dəfninə niyə qatılmadı? – QMİ susur, əsl səbəb...

30 Yanvar 2023
Baxış: 317

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərov bu gün II Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində bir sıra dövlət rəsmiləri iştirak edib, şəhidin ailəsinə başsağlığı veriblər. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri Hacı Şahin və Hacı Surxay iştirak etsə də, QMİ sədri Hacı Allahşükür Paşazadə gözə dəyməyib.

AJMEDİA.İNFO xəbər verir ki, Sfera.az Şeyxin şəhidin dəfn mərasiminə qatılmamasının səbəbini öyrənmək məqsədilə Qafqaz Müsəlmanları İdarəsi ilə telefon əlaqəsi yaratmağa çalışıb. Çoxsaylı cəhdlərə baxmayaraq, müraciətlər cavabsız qalıb.

Xatırladaq ki, Orxan Əsgərovun dəfn mərasiminə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Müdafiə naziri Zakir Həsənov, Daxili İşlər naziri Vilayət Eyvazov, Müdafiə Sənayesi naziri Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər dövlət rəsmiləri qatılıblar.