19 May 2024
Ali təhsilli Vətən müharibəsi iştirakçısı xadimə təyin edilib – Açıqlama + Video

Ali təhsilli Vətən müharibəsi iştirakçısı xadimə təyin edilib – Açıqlama + Video

11 Dekabr 2023
Baxış: 413

“Məni xadimə işinə yazdılar. Dedilər bir-iki ay səbr elə, dəyişəcəyik. Çünki, bir nəfər var idi, o çıxmalı idi, psixoloq kimi işləyirdi. Dəfələrlə xahiş etdim ki, mənim xadimə işimi dəyişək. Bu həm mənim şərəf və ləyaqətimə toxunan bir şeydir, həm də qaziliyimi, ali təhsilimi qoyum bir kənara özüm ikinci qrup əliləm. Fizuli-Cəbrayıl-Hadrut istiqamətində gedən döyüşlərdə iştirak etmişəm”.
AJMEDİA.İNFO
Yeniavaz.com-a istinadən xəbər verir ki, bunu Vətən müharibəsi iştirakçısı Salyan rayonunun Kəribəyli kənd sakini, ADPU-nun Psixologiya ixtisası üzrə məzunu olan İbrahim Hüseynov deputat Fəzail Ağamalı ilə görüşündə deyib.
O bildirib ki, Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə xadimə vəzifəsinə təyin olunub.
Şirvan-Salyan Regional Təhsil İdarəsi məsələ ilə bağlı açıqlama yayıb.
İdarədən bildirilib ki, məlumat araşdırılıb: “Araşdırma nəticəsində məlum olub ki, 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin korreksiyaedici təlim ixtisası üzrə bitirmiş İbrahim Hüseynov 15.09.2021-ci ildə Qarabağlı kənd 1 nömrəli tam orta məktəbinin direktorunun əmri ilə öz xahişi və müraciəti əsasında məktəbdə texniki vəzifə üzrə işə götürülüb.
Şirvan-Salyan Regional Təhsil İdarəsi fəaliyyətə başladığı gündən bu günə qədər Salyan rayon sakini İbrahim Hüseynov iş yerinin dəyişdirilməsi və ya başqa vəzifəyə keçirilməsi ilə bağlı hər hansı bir müraciət etməyib.
İxtisası korreksiyaedici təlim olan İbrahim Hüseynova Regional idarənin əhatə etdiyi təhsil müəssisələrində ixtisasına uyğun vakansiya yaranacağı təqdirdə işlə təmin

olunmasına köməklik ediləcəkdir”.