18 May 2024
Aİ Monitorinq Missiyası Azərbaycanla sərhəddə patrul xidmətini gücləndirdi

Aİ Monitorinq Missiyası Azərbaycanla sərhəddə patrul xidmətini gücləndirdi

10 Sentyabr 2023
Baxış: 533

Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası toplanma, yerdəyişmə və atışma insidentləri də daxil olmaqla hər hansı hərbi dəyişikliyi müşahidə etmək üçün Ermənistan-Azərbaycan sərhədyanı ərazilərində və qarşıdurma xəttində gecə-gündüz patrul xidməti həyata keçirdiyini açıqlayıb.

Bu barədə Aİ-nin Monitorinq Missiyası X sosial şəbəkəsində paylaşım edib.

Aİ-nin Ermənistandakı Monitorinq Missiyası vəziyyətlə bağlı Aİ-ni daha çox narahat edən ərazilərdə patrulları gücləndirib və gərginliyin azaldılmasına töhfə verib.yenisabah.az