19 May 2024
Ağstafada arvadının baltaladığı kişi vəzifəli şəxsin oğludur - YENİLƏNİB

Ağstafada arvadının baltaladığı kişi vəzifəli şəxsin oğludur - YENİLƏNİB

04 Yanvar 2022
Baxış: 552

Xəbər verdiyimiz kimi, Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.

AJMEDİA.İNFO-nun APA-ya istinadən məlumatına görə, qətlə yetirilən Elvin Abdullayev Dövlət Sığorta Agentliyinin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur.

Polisin keçirdiyi əməliyyat axtarışları zamanı qətli törədən Aynur Abdullayeva saxlanılıb. O, ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib.

Qeyd edək ki, mərhumun iki qız övladı var.

***

13:21
Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.

AJMEDİA.İNFO "Report"a istinadən bildirir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva həyat yoldaşı,1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi balta ilə qətlə yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.