19 May 2024
Ağdamda mina partladı, xəsarət alan var

Ağdamda mina partladı, xəsarət alan var

22 Yanvar 2024
Baxış: 505

Yanvar 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Faiq Səyyad oğlu Abışov ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.