19 May 2024
Ağdamda 33 il əvvəl əkilən çinar ağacları - VİDEO

Ağdamda 33 il əvvəl əkilən çinar ağacları - VİDEO

02 Dekabr 2021
Baxış: 542

Çinar ağacları işğaldan azad edilən Ağdamın Şahbulaq qalasından qürurla boylanır. Bu möhtəşəm çinarları əkən şəxs isə Rafael Ədilovdur.

AJMEDİA.İNFO xəbər verir ki, Rafael Ədilovun oğlu Vasif deyir ki, atası çinarları o doğulanda əkib. Onun sözlərinə görə, axırıncı dəfə bu ünvanda 5 yaşında olub. Atasının “sən dünyaya gələndə ona görə burada çinar əkdim ki, o ağac qədər əzəmətli və uzunömürlü olasan” deməsini xatırlayır.

27 ildən sonra öz evinə, öz məhəlləsinə gələn Vasifin əhvalı da dəyişib. Özünü ən müqəddəs torpaqları ziyarət etmiş kimi hiss etdiyini deyib. Vasif Ədilov indi səbirsizliklə doğma yurduna qayıdacağı günü gözləyir. Özü də yeni doğulan oğlu Mübarizlə...

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Teqlər: Ağdam