19 May 2024
Afrikada COVID-19 xəstələrinin sayı 187 min nəfəri ötüb

Afrikada COVID-19 xəstələrinin sayı 187 min nəfəri ötüb

08 İyun 2020
Baxış: 428

Afrikada koronavirusa yoluxma hallarının sayı 187 mini ötüb, 5 mindən çox xəstə həyatını itirib.

AJM Dünya Səhiyyə Təşkilatının regional nümayəndəliyin məlumatına istinadla xəbər verir ki, epidemiyanın əvvəlindən bu yana Afrika qitəsində 187 min 875 nəfər koronavirusa yoluxub, 5 min 140 nəfər ölüb, 82 mindən çox insan isə COVID-19 xəstəliyindən sağalıb.

Qitə üzrə ən çox yoluxma halı Cənubi Afrika Respublikasında qeydə alınıb. Burada koronavirusa yoluxanların sayı 48 min 285 nəfərdir. Misirdə 34 min 79, Nigeriyada 12 min 486, Əlcəzairdə 10 min 154 nəfər COVID-19 infeksiyasına yoluxub.

Xəstəlikdən ölənlərin sayına görə ilk yeri Misir tutur - 1237 nəfər. Cənubi Afrika Respublikasında 998 nəfər, Əlcəzairdə isə 707 nəfər koronavirus səbəbindən vəfat edib.

COVID-19 pandemiyasının statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 16:20-yə olan məlumatına əsasən, dünyada 7 milyon 115 mindən çox yoluxma və 406 min 599 ölüm faktı qeydə alınıb, 3 milyon 473 min 830 xəstə isə sağalıb.

Teqlər: Afrika