19 May 2024
ABŞ və Taliban arasında GİZLİ ANLAŞMA: Məxfi sənəd ÜZƏ ÇIXDI

ABŞ və Taliban arasında GİZLİ ANLAŞMA: Məxfi sənəd ÜZƏ ÇIXDI

17 Avqust 2021
Baxış: 644

“ABŞ və Taliban arasında gizli anlaşma əldə edilib. Bu barədə BMT Təhlükəsizlik Şurasının son hesabatında qeydlər var”.

AJMEDİA.İNFO teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə türk siyasi ekspert Fateh Çekirge deyib.

“Analitik Dəstək və Sanksiyaların Monitorinq Qrupu tərəfindən hazırlanan “Əfqanıstanda sülhə, sabitliyə və təhlükəsizliyə təhlükə yaradan Taliban və digər əlaqəli şəxslər və qurumlar” adlı 12-ci hesabatdan söhbət gedir. Çox təəccüblü tapıntılar var. Hesabatın yeni və maraqlı tərəfi “Taliban və “Əl-Qaidə” adlı 41-ci maddəsi ilə bağlıdır. Bu maddədə 2020-ci ilin fevral ayında ABŞ və Taliban arasında Dohada imzalanan müqavilənin əsas mətninə “gizli əlavələr”in olunduğu ilk dəfə BMT Təhlükəsizlik Şurasının bir hesabatında yazıldığı açıqlanır”, – ekspert bildirib.

Onun sözlərinə görə, bu, BMT hesabatında ilk dəfədir ki, ABŞ-ın Talibanla əlbir olduğunu qeyd edilir:

“Anlaşmadan belə məlum olur ki, ABŞ geri çəkilmə qərarını çoxdan verib və Talibandan geri çəkilənə qədər hücumu təxirə salmasını istəyib. Bu hesabatın fonunda Əfqanıstan Prezidenti Əşrəf Qəninin niyə ABŞ-ı ittiham etməsinin səbəbi daha yaxşı anlaşılır.

Hesabatdakı bu cümlə ABŞ-ın Talibanla əldə etdiyi razılaşmanın xülasəsinə bənzəyir: “Əl-Qaidə rəhbərliyinin əsas heyəti Əfqanıstanın Pakistanla bitişik 15 əyalətində yerləşir və təşkilat beynəlxalq aləmdə çaxnaşma yaradacaq addımlarını atmaq üçün “strateji səbr”lə ABŞ və NATO qüvvələrini ölkədən çıxmasını gözləyib”./teleqraf/