18 May 2024
ABŞ və İsrail müdafiə nazirləri təhlükəsizlik sahəsində gələcək yardımı müzakirə ediblər

ABŞ və İsrail müdafiə nazirləri təhlükəsizlik sahəsində gələcək yardımı müzakirə ediblər

22 Oktyabr 2023
Baxış: 539

ABŞ müdafiə naziri Lloyd Ostinlə israilli həmkarı Yoav Qallant arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Petrik Rayder bildirib.

“İki lider təhlükəsizlik sahəsində yardımın davam etdirilməsini və ABŞ-nin bu müharibəni eskalasiyasına can atan hər hansı dövlət və ya qeyri-dövlət aktorunun qarşısını almaq öhdəliyini müzakirə ediblər”, - mətbuat katibi söyləyib.

Eyni zamanda, Pentaqon rəhbəri israilli həmkarına oktyabrın 21-də Qəzza zolağına humanitar konvoyun göndərilməsində İsrailin roluna görə təşəkkürünü bildirib və mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb.