19 May 2024
"ABŞ Ukraynaya humanitar yardım üçün 1 milyard dollar ayıracaq" - BAYDEN

"ABŞ Ukraynaya humanitar yardım üçün 1 milyard dollar ayıracaq" - BAYDEN

25 Mart 2022
Baxış: 527

ABŞ Ukraynaya humanitar yardım üçün 1 milyard dollar ayırır və bu ölkədən 100 minə qədər qaçqını qəbul etməyə hazırdır.

AJMEDİA.İNFO Trend-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

"Bu gün mən ABŞ-ın 1 milyard dollardan çox humanitar yardım göstərməyə hazır olduğunu bəyan edirəm", - deyə C.Bayden bildirib.

Bundan əlavə, ABŞ Ukraynadan 100 minə qədər qaçqını qəbul etməyə hazırdır: "Biz həmçinin 100 min ukraynalını ABŞ-da qəbul edəcəyik və diqqətimizi ailələrin birləşməsinə yönəldəcəyik".