17 May 2024
ABŞ Türkiyənin məhv etdiyi terrorçuya görə BAŞSAĞLIĞI VERDİ - FOTO

ABŞ Türkiyənin məhv etdiyi terrorçuya görə BAŞSAĞLIĞI VERDİ - FOTO

25 İyul 2022
Baxış: 481

ABŞ Türkiyənin zərərsizləşdirdiyi terrorçu ilə bağlı başsağlığı mesajı yayımlayıb.


AJMEDİA.İNFO xəbər verir ki, sözügedən mesaj ABŞ Silahlı Qüvvələrinin rəsmi tvitter səhifəsində yayımlanb.


Mesajda deyilir:


“Suriya Demokratik Qüvvələri (SDQ) komandanının müavini Salva Yuşuk (digər adı ilə Ciyan Afrin) 2 qadın döyüşçü ilə birlikdə 22 iyul 2022-ci ildə Suriyanın Qamışlı yaxınlığındakı hücumda həlak olub”.


Paylaşıma iyulun 22-də Qamışlıda öldürülən “Ciyan Afrin” kod adlı Salva Yuşukun fotosu da əlavə edilib.


Terrorçunun Suriyada İŞİD-ə qarşı mübarizədə mühüm rol oynadığı bildirilib.


Qeyd edək ki, sözügedən terrorçular Türk Silahlı Qüvvələrinin iyulun 22-də keçirdiyi xüsusi əməliyyatla zərərsizləşdiriliblər.