20 May 2024
ABŞ Türkiyənin daha 4 şirkətini qara siyahıya saldı: Rusiyaya yardım ittihamı ilə

ABŞ Türkiyənin daha 4 şirkətini qara siyahıya saldı: Rusiyaya yardım ittihamı ilə

03 Noyabr 2023
Baxış: 497

ABŞ Maliyyə Nazirliyi Rusiyaya sanksiyalardan yayınmağa yardım etdiklərinə görə Türkiyə mənşəli dörd şirkəti və bir fiziki şəxsi də sanksiya siyahısına əlavə edib.

Nazirliyin açıqladığı məlumatdan bütün şirkətlərin xarici ticarət əməliyyatları ilə məşğul olduqları aydınlaşır. Bunlar İstanbulda yerləşən “Bosphorus gate dis ticaret limsted”, “Kuzey logistics tasimacilik ithalat ihracat ve dis ticaret limited”, Ankarada yerləşən “ Bsb grup internet ve yapay zekaleri anonim sirketi”, “Turken digital matbaa teknolojileri bilgisayar bilisim texnologiyaleri ve dis ticaret” şirkətləridir. Sonuncunun rəhbəri Berk Türken də qara siyahıya fiziki şəxs kimi daxil edilib.

ABŞ Maliyyə Nazirliyinin materiallarında deyilir ki, “Bsb Group” 2021-ci ildə Türken tərəfindən yaradılıb və bütünlüklə ona məxsusdur. İddialara görə, Turken və “Turken Digital” Rusiya kəşfiyyat xidmətlərinin sanksiyalara məruz qalan təşkilatları üçün texnologiya almaq imkanı yaratmaqda iştirak edib: ““Turken Digital” ABŞ-da qeydiyyatdan keçmiş məhdud məsuliyyətli şirkət TBS və Andrey Timoşin ilə sanksiyalardan yayınmaq və malları Türkiyədən Rusiyaya daşımaq üçün ödəniş və çatdırılma detallarının koordinasiyasında iştirak edib”.

Türkiyəli iş adamı hələlik ona qarşı irəli sürülən ittihamlara münasibət bildirməyib.//Musavat.com