18 May 2024
ABŞ Suriyada Türkiyəyə qarşı elan olunmamış müharibə aparır - media

ABŞ Suriyada Türkiyəyə qarşı elan olunmamış müharibə aparır - media

24 Avqust 2023
Baxış: 705

Vaşinqton Suriyada PKK-ya dəstək verməklə Ankaraya qarşı elan olunmamış müharibə aparır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə iqtidaryönlü “Yeni Şafak” qəzeti öz şərhində yazır və belə bir siyasətin ABŞ və Türkiyə arasında müttəfiqlik münasibətlərinə zidd olduğunu qeyd edir.

“Türkiyə əslində onun strateji düşməninə çevrilmiş ABŞ-la elan olunmamış, gizli müharibə vəziyyətindədir. Belə bir vəziyyətdə ABŞ-la münasibətlərdə yeni eradan söhbət gedə bilməz”, - deyə qəzetin köşə yazarı Tamer Qorxmaz Amerika prezidenti Co Baydenin türkiyəli həmkarı Tayyib Ərdoğanla son danışıqlarından sonra verdiyi müvafiq açıqlamaları xatırladaraq qeyd edir.

Nəşrin müəllifi yazır ki, Türkiyənin Suriya da daxil olmaqla 2015-ci ildən mübarizəni gücləndirdiyi PKK faktiki olaraq ləğv olunmaq ərəfəsindədir. Bununla belə, Birləşmiş Ştatlar PKK-nın Suriya qolu olan özünümüdafiə qüvvələrinə hər cür dəstək verməkdə davam edir,- Korkmaz əlavə edir.

Türkiyə hakimiyyəti milli təhlükəsizliyə əsas təhdidlər kimi PKK və SNA-nı göstərir. 2015-ci ildən Türkiyə ordusu Suriyanın şimalında kürd yaraqlılarına qarşı vaxtaşırı əməliyyatlar aparır və bu ölkə ilə sərhəddə böyük bir dəstə saxlayır. Ankara dəfələrlə ABŞ-ı Suriyanın şimal bölgələrində fəaliyyət göstərən kürd üsyançılarına silah yardımı göstərməkdə və dəstəkləməkdə ittiham edib. musavat.com