19 May 2024
ABŞ səfirliyində etiraz edən feministlərin saxlanıldığı deyilir

ABŞ səfirliyində etiraz edən feministlərin saxlanıldığı deyilir

24 İyun 2023
Baxış: 480

Bakıda ABŞ səfirliyində bu ölkənin Müstəqillik Günü qeyd olunub.
Tədbir zamanı bir qrup feminist fəal etiraz aksiyası keçirib.
Amerika səfirliyində Söyüdlü hadisələrinə etiraz bildirən feminist aktivistlər Gülnarə Mehdiyeva, Narmin Şahmarzadə, Sənubər Heydərova və jurnalist Ulvi Həsənlinin saxlanıldıqları bildirilir.
Bu barədə onların yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Onların 22-ci polis bölməsinə aparıldıqları deyilir. yeniavaz.com