20 May 2024
ABŞ müstəqilliyinin 247-ci ildönümü atəşfəşanlıqla qeyd edilib

ABŞ müstəqilliyinin 247-ci ildönümü atəşfəşanlıqla qeyd edilib

05 İyul 2023
Baxış: 455

Amerika Birləşmiş Ştatlarının əsas milli bayramı olan 4 iyul Müstəqillik Günü atəşfəşanlıqla qeyd olunub.

Ökənin müstəqilliyinin 247-ci illiyi münasibəti ilə Nyu-Yorkun Şərq çayının üzərində atəşfəşanlıq şousu təşkil olunub. Milyonlarla insan ənənəvi atəşfəşanlıq şousunu izləmək üçün şəhərin meydan və küçələrinə axın ediblər.

Nyu-York polisi insanların təhlükəsizliyini təmin etmək üçün bir çox mərkəzi meydan və küçələrdə nəqliyyatın hərəkətini məhdudlaşdırılıb.

Atəşfəşanlıq şousunda 60 mindən çox mərmi partladılıb. İyirmi beş dəqiqə davam edən nümayiş zamanı al-əlvan işıqlar Nyu-Yorkun səmalarını aydınladıb. Unikal atəşfəşanlıq şousu yerli mediada canlı olaraq yayımlanıb.

Qeyd edək ki, 1776-cı il iyulun 4-də İkinci Kontinental Konqres Şimali Amerika koloniyalarının Böyük Britaniyadan ayrılmasını bəyan edən Müstəqillik Bəyannaməsini yekdilliklə qəbul edib. Amerikalıların əksəriyyəti bu bayramı sadəcə onun tarixinə görə “Dörd iyul” adlandırırlar.

Adətən bu bayram atəşfəşanlıq, parad, karnaval, yarmarka, konsertlər, beysbol oyunları, ailəvi görüşlər keçirilməklə, barbekyü bişirməklə, siyasətçilərin xalqa müraciətləri ilə, mərasimlərlə, həmçinin Birləşmiş Ştatlar üçün ənənəvi olan ictimai və özəl tədbirlərlə təşkil edilir.

Teqlər: