20 May 2024
"ABŞ müharibə aparanda hər yeri vurub dağıdırdı, Rusiya isə belə etmir" - Araz Əlizadə

"ABŞ müharibə aparanda hər yeri vurub dağıdırdı, Rusiya isə belə etmir" - Araz Əlizadə

29 Avqust 2022
Baxış: 302

"Zelenskinin taleyi məni maraqlandırmır, məni Ukrayna xalqının taleyi maraqlandırır”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

O, qeyd edib ki, Zelenski Ukrayna xalqını düşünmür:

"Zelenskinin taleyi məni maraqlı deyil. Zelenski Ukrayna xalqını düşünmür. Zelenski və onun ətrafı faşistdirlər, odur ki, faşistlərin aqibəti məni maraqlandırmır”.

Araz Əlizadə həmçinin qeyd edib ki, müharibədə Rusiya qalib gələcək:

"Rusiya bu müharibədə qalib gələcək. Rusiya çox qəribə müharibə aparır. ABŞ İraqa qarşı, Suriyaya qarşı müharibə aparanda vurub hər yeri dağıdırdı. Amma Rusiya belə etmir. Rusiya çalışır ki, az sayda əsgərlə çox sayda düşməni məhv eləsin. Yaxud da bu zaman tikililəri və s. qoruyub saxlasın”.