19 May 2024
ABŞ Konqresindən Azərbaycana qarşı TƏXRİBAT

ABŞ Konqresindən Azərbaycana qarşı TƏXRİBAT

02 Sentyabr 2022
Baxış: 355

ABŞ Konqresi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat törədilib.

AJMEDİA.İNFO xəbər verir ki, ABŞ konqresinin Erməni İşləri Komitəsinin üzvləri Frenk Fallon, Qus Bilirakis, Ceki Spir, Devid Valdao və Adam Şiff erməni separatçılarının rəhbəri Arayik Arutyunyana təbrik məktubu göndəriblər.

Sözügedən məktubda Azərbaycanla bağlı təxribat və böhtan xarakterli fikirlər yer alıb.

“Amerika Birləşmiş Ştatları Konqresi hər zaman sizə öz dəstəyini göstərir. Azərbaycandan gələn təhdidlər və davam edən çağırışlara dözümlülük göstərirsiniz, sizin yanınızdayıq. Biz ABŞ hökumətini 2020-ci ildə hücuma və bu günə qədər davam edən ölümcül hərəkətlərə görə Azərbaycan və Türkiyə rejimlərini cəzalandırmaq üçün bütün mövcud diplomatik tədbirlərdən istifadə etməyə çağırırıq. Sizinlə işləməyi səbirsizliklə gözləyirik” - Arutyunyana göndərilən məktubda deyilir.

Məktubun mətnindən göründüyü kimi, amerikalı konqresmenlər erməni separatçılarına aşkar şəkildə dəstək verərək, Azərbaycanın ərazi bütövlüyünə qarşı olduqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Azərbaycana yönəlik bu təxribatın gerçək səbəbi açıqlanmasa da, separatçıların qondarma “xarici işlər naziri” David Babayanın Konqresinə dəvət olunması, habelə bir neçə gün öncə ABŞ-ın Bakıdakı səfirinin Şuşada keçirilən beynəlxalq konfransdan imtina etməsi təsadüfi sayıla bilməz.

Görünür ki, rəsmi Vaşinqton regionda sülh və əmin-amanlığın təmin olunmasını istəmir və son təxribatçı addımlar da məhz Cənubi Qafqazda problemi vəziyyətin saxlanılmasına hesablanıb.(Modern.az)