16 May 2024
ABŞ Konqresindən Azərbaycana qarşı növbəti TƏXRİBAT: “Erməni əsirləri dərhal azad edin”

ABŞ Konqresindən Azərbaycana qarşı növbəti TƏXRİBAT: “Erməni əsirləri dərhal azad edin”

24 Sentyabr 2021
Baxış: 581

ABŞ Nümayəndələr Palatası Azərbaycandan erməni əsirlərin (diversant) dərhal azad olunmasını tələb edib.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, bu tələblə Konqresin Nümayəndələr Palatasında qanun qəbul edilib. Nümayəndələr Palatasının 16 üzvü tərəfindən təqdim olunan qanun layihəsində guya Azərbaycanın müharibə qaydalarına riayət etmədiyi də öz əksini tapıb və bunun araşdırılması tələb olunub.

Bundan əlavə 44 günlük müharibədə Azərbaycanın istifadə etdiyi Cardenas-Schiff-Sherman Türk pilotsuz uçuş aparatlarının hazırlanmasında Amerika texnologiyasının istifadəsinin olub-olmadığının araşdırılması tələb edilir.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycana qarşı bu cür qərəzli və ikili yanaşmanın tez-tez şahidi oluruq. Bu isə dünyaya demokratiya dərsi keçməyə çalışan ABŞ-ın yürütdüyü siyasətin iç üzünü ortaya qoyur. Üstəlik qeyd edək ki, Nümayəndələr Palatasının qəbul etdiyi heç bir qanun ABŞ hökumətinin xarici siyasəti və mövqeyi kimi qəbul olunmur.

ABŞ Konqresinin Nümatyəndələr palatası və erməni lobbisindən pul alıb saxta qanun layihələri qəbul edən senatorlar anlamalıdırlar ki, Azərbaycan suveren dövlətdir və müstəqil siyasət yürüdür. ABŞ da daxil olmaqla heç bir ölkə Azərbaycandan nə isə tələb edə və diqtə dili ilə danışa bilməz.(konkret.az)