17 May 2024
ABŞ-ın dövlət katibi Fransa XİN başçısı ilə telefonla danışdı

ABŞ-ın dövlət katibi Fransa XİN başçısı ilə telefonla danışdı

28 Oktyabr 2021
Baxış: 475

ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Fransanın xarici işlər naziri Jan-İv le Drian arasında telefon danışığı baş tutub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.

Onun sözlərinə görə, tərəflər Hind-Sakit okean regionu daxil olmaqla əməkdaşlığın daha da dərinləşdirilməsini müzakirə ediblər, uzunmüddətli perspektivdə Saheldə terrorizm qarşı mübarizə səylərini dəstəkləmək öhdəliyini bir daha təsdiq ediblər.

Bundan başqa NATO, eləcə də Avropa İttifaqının təhlükəsizlik və müdafiə məsələləri diqqət mərkəzində olub.

Telefon danışığı ABŞ Prezidenti Cozef Baydenlə Fransa Prezidenti Emannuel Makron arasında cümə günü Romada planlaşdırılan danışıqlardan əvvəl baş tutub.