19 May 2024
ABŞ-ın Dövlət katibi azərbaycanlı meyxanaçını Amerikaya ÇAĞIRIB

ABŞ-ın Dövlət katibi azərbaycanlı meyxanaçını Amerikaya ÇAĞIRIB

23 Noyabr 2022
Baxış: 341

"Tərəqqi" medalına layiq görülmüşəm. 2009-cu ildə Kondaliza Raysın dəvəti ilə Amerikaya getmişəm".

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Məna "Səhər mərkəzi" proqramında deyib. İfaçı bildirib ki, ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays tərəfindən ora dəvət edilib:

"Bir ay orada qaldıq. Bir çox sənət adamları ilə getdik. Bu janrı layiqincə təmsil etdik. Bunların hamısı bizə göstərilən etimad idi. İstəyirik ki, bu janrı cəmiyyətə olduğu kimi təqdim edək. Dövlətin bu janra diqqəti böyükdür".