19 May 2024
ABŞ-ın bütün 50 ştatında iqtisadi fəaliyyət qismən bərpa edilib

ABŞ-ın bütün 50 ştatında iqtisadi fəaliyyət qismən bərpa edilib

20 May 2020
Baxış: 439

ABŞ-ın bütün 50 ştatında koronavirus pandemiyası səbəbindən dayandırılmış iqtisadi fəaliyyət qismən bərpa edilib.

AJM Amerika KİV-lərinə istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Ağ Ev administrasiyası üzvlərinin iclasında bildirib.

Prezident Donald Trampın administrasiyası aprelin ortalarında antivirus məhdudiyyətlərinin ləğvinə dair üçmərhələli plan təqdim etmişdi. Həmin plana əsasən, müddəti qubernatorlar özləri epidemioloji vəziyyətdən asılı olaraq sərbəst şəkildə müəyyən etməlidirlər.

Amerikanın Cons Hopkins İnstitutunun məlumatına görə, hazırda ABŞ-da koronavirusa 1,5 milyon yoluxma halı aşkarlanıb, 91 mindən çox insan həyatını itirib, 283 mindən artıq xəstə sağalıb.