16 May 2024
ABŞ Əfqanıstana əlavə qoşun hissələri göndərməyə başlayıb

ABŞ Əfqanıstana əlavə qoşun hissələri göndərməyə başlayıb

14 Avqust 2021
Baxış: 808

Birləşmiş Ştatlar Əfqanıstandakı diplomatlarını və mütəxəssisləri təxliyə etmək üçün bu ölkəyə qoşun hissələri göndərməyə başlayıb.

AJM xarici KİV-lərə istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

Onun sözlərinə görə, Amerika hərbçilərinin əlavə kontingentinin əsas hissəsi həftənin sonunadək Əfqanıstanda yerləşdiriləcək. Bu kontingentə Kabil aeroportunda ABŞ diplomatlarının və mülki mütəxəssislərin ölkədən təhlükəsiz çıxarılmasını təmin edəcək üç tabor (üç min hərbi qulluqçu) daxildir. Dəniz piyadası taborlarından biri artıq Kabildədir – digərləri isə növbəti bir neçə gün ərzində Əfqanıstanın paytaxtına gələcək. İstirahət günlərinin sonuna qədər üç minlik hərbi kontingentin əsas hissəsinin şəhərdə yerləşdiriləcəyi gözlənilir.

Pentaqonun nümayəndəsi həmçinin qeyd edib ki, hazırda “Taliban” qüvvələri Əfqanıstan paytaxtını bilavasitə təhdid etmir, lalin onu ölkənin əsas hissəsindən təcrid etməyə çalışır. Vaşinqtonda taliblərin sürətlə irəliləməsini “böyük həyəcanla” izləyirlər.