13 May 2024
ABŞ-da sinaqoqdan çıxan iki yəhudi güllələnib

ABŞ-da sinaqoqdan çıxan iki yəhudi güllələnib

17 Fevral 2023
Baxış: 397

Ötən gün ABŞ-ın Los-Anceles şəhərində iki yəhudi güllələnib.

AJMEDİA.İNFO xəbər verir ki, atışmada şübhəli bilinən şəxs saxlanılıb.

Los Anceles Polis İdarəsi həm şəhərin qərbində, həm də sinaqoqların yaxınlığında baş verən iki insidentlə bağlı araşdırmaya başlayıb. Hər iki zərərçəkənə tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur.

Şübhəli həbs edilib və polis onun hər iki hadisədə əli olduğunu güman edir. İlk insident çərşənbə günü səhər saat 10-da (yerli vaxtla) 40 yaşlarında bir kişinin sinaqoqdan çıxaraq maşınına mindikdən sonra güllələndiyi zaman baş verib. Yoldan keçən avtomobildən atəş açan şübhəli hadisə yerindən qaçıb.