19 May 2024
ABŞ-da barda atışma olub, ölənlər var

ABŞ-da barda atışma olub, ölənlər var

02 Aprel 2023
Baxış: 450

ABŞ-ın Oklahoma Siti şəhərində yerləşən barların birində atışma olub, azı 3 nəfər ölüb.

Bu barədə yerli polisə istinadən NBC telekanalı məlumat yayıb.

Məlumata görə, daha üç nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır, digər ikisi isə yüngül xəsarətlər alıb.

Polis bildirib ki, atışmanın hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Şübhəli ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Teqlər: