06 May 2024
ABŞ-da aksiyada toqquşmalarda 21 polis əməkdaşı xəsarət alıb, 45 nəfər saxlanılıb

ABŞ-da aksiyada toqquşmalarda 21 polis əməkdaşı xəsarət alıb, 45 nəfər saxlanılıb

26 İyul 2020
Baxış: 486

Şənbə günü ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində aksiyalarda toqquşmalarda ən azı 21 polis əməkdaşı xəsarət alıb, 45 aksiya iştirakçısı saxlanılıb.

AJM-nın xəbərinə görə, bu barədə şəhər polisi “Twitter” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Dizindən xəsarət alan bir polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, aksiyada polisə yandırıcı maddələr, daş və butulkalar atılıb. Polis aksiyanı dağıtmaq üçün xüsusi vasitələrdən istifadə edib. Saxlanılanlar polis əməkdaşına hücum və hakimiyyətin qanuni tələblərə əməl etməməkdə günahlandırılır.

Teqlər: ABŞ-da