18 May 2024
"ABŞ bununla çox böyük səhvə yol verdi" - PUTİN

"ABŞ bununla çox böyük səhvə yol verdi" - PUTİN

14 Oktyabr 2021
Baxış: 580

ABŞ dolları sanksiya aləti kimi istifadə etməklə böyük səhvə yol verir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin CNBC televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ dövlət borcunun sürətli artımı və sanksiyalar dolların mövqeyini dağıdır:

“Məncə, ABŞ dollardan sanksiya aləti kimi istifadə etməklə çox böyük səhvə yol verir. Sadəcə olaraq biz dollarla tədarük etdiyi məhsulların pullarını müştərilərdən ala bilmirik. Bu nəyə gətirib çıxarır? Başqa seçimimiz yoxdur, başqa valyutalarda hesablaşmaya keçmək məcburiyyətindəyik.

Dollar dünyanın rezerv valyutası kimi öz mövqelərini itirir və dollarla hesablaşma həcmi azalır. Biz dollardan hesablaşmalarda tam imtina etməkdə maraqlı deyilik. Hələlik bu bizi qane edir”.(axar.az)