15 May 2024
ABŞ BU HALDA tədbir görəcək - Pentaqon rəhbəri açıqladı

ABŞ BU HALDA tədbir görəcək - Pentaqon rəhbəri açıqladı

23 Oktyabr 2023
Baxış: 530

“Kimsə Yaxın Şərqdə münaqişəni qızışdırmağa cəhd edərsə, Birləşmiş Ştatlar “müvafiq tədbir” görməkdən çəkinməyəcək”.

Bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin “ABC” telekanalına müsahibəsində bildirib.

“Əgər hər hansı bir qrup və ya ölkə bu münaqişəni genişləndirməyi və müşahidə etdiyimiz xoşagəlməz vəziyyətdən istifadə etməyi planlaşdırırsa, mənim sizə məsləhətim - dəyməz. Bizim özümüzü müdafiə etmək hüququmuz var və biz müvafiq tədbirlər görməkdən çəkinməyəcəyik”, - deyə o bildirib.