17 May 2024
82 yaşlı qadın 36 yaşlı kişi ilə evləndi: "Facebook"da tanış olmuşuq - FOTOLAR

82 yaşlı qadın 36 yaşlı kişi ilə evləndi: "Facebook"da tanış olmuşuq - FOTOLAR

22 Noyabr 2021
Baxış: 642

82 yaşlı qadın 36 yaşlı kişi ilə evlənib.

AJMEDİA.İNFO Qərb mediasına istinadən xəbər verir ki, İris Jones adlı 82 yaşlı britaniyalı qadın 36 yaşlı misirli Mohamed Mohamadi ilə evlənib.

Mohamadi həyat yoldaşı ilə birlikdə yaşamaq üçün İngiltərəyə köçüb. Evliliklərindən danışan ikili onlara ən çox verilən sualın "Cinsi həyatınız necədir?" sualı olduğunu bildiriblər. Evli cütlük cinsi həyatlarının yaxşı getdiyini bildirib.

Ölkədə geniş əks-səda doğuran evlilik televiziya proqramlarının mövzusuna çevrilib.

Mohamadi həyat yoldaşı ilə yaşamaq üçün bəzi çətinliklərə dözüb və ingilis dilini öyrəndikdən sonra 3 illik viza alıb İngiltərədə məskunlaşıb.

Jones əri haqqında danışaraq bunları deyib: "Mohamdi utancaq insandır. Yalnız onunla çay içdikdən sonra yaxşı anlaşdığımızı anladım. Evlənəndən sonra Mohəmməd İngiltərəyə gələ bilmədi. Mənə vizası olduğunu deyəndə xoşbəxt oldum” – deyə bildirib.

2019-cu ildə "Facebook” vasitəsilə danışmağa başlayan ikili daha sonra yaxşı yola getdiklərini düşünərək çay içməyə qərar veriblər və bundan sonra onları münasibəti davam edib.