17 May 2024
8 dəfə peyvənd olunan Jirinovski "omikron" ştamına yoluxdu - VƏZİYYƏTİ AĞIRDIR

8 dəfə peyvənd olunan Jirinovski "omikron" ştamına yoluxdu - VƏZİYYƏTİ AĞIRDIR

09 Fevral 2022
Baxış: 452

Rusiyalı siyasətçi, Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

AJMEDİA.İNFO RİA Novosti-yə istinadən xəbər verir ki, 75 yaşlı siyasətçi bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Onun koronavirusun "omikron" ştamına yoluxduğu deyilir.

Partiya rəsmiləri V.Jirinovskinin səhhəti ilə bağlı hər hansı bir açıqlama verməyib. Mənbələrə görə, Jirinovskinin ağciyərlərinin 50-75 faizi zədələnib. O, koronavirus fonunda inkişaf edən ikitərəfli pnevmoniya ilə xəstəxanaya yerləşdirilib.

Dekabrda siyasətçi iki il ərzində koronavirusa qarşı səkkiz peyvənd vurdurduğunu bildirib.