17 May 2024
7,5 bal gücündə zəlzələ: Sunami XƏBƏRDARLIĞI EDİLDİ

7,5 bal gücündə zəlzələ: Sunami XƏBƏRDARLIĞI EDİLDİ

01 Yanvar 2024
Baxış: 357

Yaponiyanın Noto yarımadasında 7,5 bal gücündə zəlzələ baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) sunami xəbərdarlığı edib və sakinləri təxliyə etməyə çağırıb.

Agentliyin yaydığı açıqlamada zəlzələ nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik məlumat verilmir.

Rəsmilər Yaponiya Dövlət Televiziyasında açıqlama verərək zəlzələnin episentrinin yerləşdiyi İşikava bölgəsində sahilə dəyən dalğaların 5 metrə çata biləcəyini bildiriblər. Ərazidə yaşayan sakinlər sığınacaq tapıb daha yüksək ərazilərə köçməyə çağırılıb. Səlahiyyətlilər bölgə əhalisinə xəbərdarlıqlarında vurğulayıb ki, baş verə biləcək faciənin qarşısını almaq üçün vəziyyətə ciddi yanaşmaq lazımdır.

Yarımadada baş verən zəlzələdən sonra 6,2, 5,2, 5,4 və 5,6 bal gücündə afterşoklar da qeydə alınıb. Zəlzələlərin yerin 10 kilometr dərinliyində baş verdiyi bildirilib. Zəlzələnin maqnitudası ilkin məlumatlarda 7,5 bal kimi əks olunub.(Sfera.az)