17 May 2024
6 ayda Azərbaycanda 3900 iş yeri bağlanıb

6 ayda Azərbaycanda 3900 iş yeri bağlanıb

08 Sentyabr 2021
Baxış: 532

2021-ci ilin ilk 6 ayında Azərbaycanda 3,9 min iş yeri bağlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-ın sorğsuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, bu dövrdə bağlanmış iş yerlərinin 40 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Rəsmi məlumata görə, iş yerlərinin 38,5 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 61,5 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar olub.